2 otaqlı mənzil şəhərin mərkəzi ərazisində, əlverişli infrastruktura malik yerdə yerləşir. “Clock Tower” kompleksi, Rusiya, Türkiyə və Özbəkistan səfirliklərinin yaxınlığında yerləşir. Binanın altında kiçik market, avtobus dayanacağı, gözəllik salonları mövcuddur. Yaxınlıqda , supermarketlər, avtoyuma, kimyəvi təmizləmə, restoranlar, biznes mərkəzləri, “Zabitlər Parkı” və s. mövcuddur. Binanın qarşısında parkinq var.
Rahat mənzil şüşəbənd balkon və küçəyə gözəl mənzərə ilə təmin olunub. Sanitar qovşağı birgədir, duş zonası var. İstilik sistemi - kombi.
Mənzildə:
• Qabyuyan maşın
• Paltaryuyan maşın
• Aspirator (mətbəxdə)
• Soyuducu
• Kondisioner
• Televizor
• Soundbar
• Wi-Fi router (internet qoşuludur)
• Transformasiya olunan masa
• Açılıb-yığılan divan
• Böyük iki nəfərlik çarpayı
• Avropa istehsalı bahalı və rahat döşək
• Geyim və digər əşyaların saxlanması üçün çoxlu dolab və saxlama yerləri
• Otaqlarda bir neçə işıqlandırma səviyyəsi
• Elektronika üçün çoxlu rozetka
• Balkon daxil olmaqla bütün otaqlarda istilik batareyaları
• Dəhlizdə isti döşəmə